You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Loading...

Haqqımızda

XOŞ GƏLMİŞSİNİZ!
Azərbaycanda və bütün regionda səhiyyə sənayesi əhəmiyyətli transformasiyaya və tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, istehlakçıların və sığorta şirkətlərinin əhəmiyyətli təsirləri ilə bağlı daha çox şəffaflığın tələb olunduğu islahatlara məruz qalır. Səhiyyə müəssisələri, o cümlədən dövlət və özəl xəstəxanalar, ambulator-poliklinika müəssisələri və laboratoriyalar, həkim və digər tibb işçilərini cəlb etməyə, səhiyyə modellərini qurmağa, yeni elektron səhiyyə və informasiya texnologiyalarını əldə etməyə və yeni maliyyə-ödəniş sistemlərinə yiyələnməyə son dərəcə ehtiyac duyurlar.

Hazırda baş verən transformasiyanın və aparılan islahatların miqyası və gedişatını nəzərə almaqla, Azərbaycanda və bütöv regionda, xəstəxanalar, həkimlər qrupları və sığortaçılar inkişafın önündə olmaqla necə gələcəyə addımlaya bilər? EZGİL Tibbi Texnologiyalar şirkəti Sizə İT sahəsində və səhiyyə sektorunda inkişaf üçün düzgün istiqamətlərin seçilməsi, strateji hədəflərin müəyyən edilməsi və peşəkar inkişafda yardımçı olmağa hazırdır. Təklif etdiyimiz geniş çeşidli İT və biznes proseslərinin idarə olunması xidmətlərimizlə tanış olmaq üçün internet səhifəmizin müvafiq bölmələrini ziyarət edin.

Xidmətlərimiz

Müasirə təbabəti ixtisaslaşmış tibbi avadanlıqsız təsəvvür etmək mümkün deyil. Həmin avadanlıq pasientlərin xəstəliklərinin diaqnostikası, xəstəliklərin inkişaf mərhələlərini müəyyən etməyə kömək edir. Son illərdə insanlar sağlamlığın qorunması və xəstəliklərin diaqnostikası sahəsində mobil telefonlar və digər fərdi texnoloji cihazlardan daha geniş istifadə etməyə başlayıb. Mobil səhiyyə texnologiyaları və tibbi mobil əlavələrin populyarlığı ilbəil artır. İstifadəçilər mobil əlavələri seçərək öz mobil telefonlarına, planşetləri və hətta kompüterlərinə yükləyərək gündəlik həyatda istifadə edirlər. Bu mobil əlavələr qan təzyiqi və ürək vurğularının monitorinqi, aritmiyaların diaqnostikası, kardioqrammaların, rentgen və KT/MRT görüntülərinin interpretasiyasına geniş imkanlar yaradır. Son zamanlar mobil əlavələr həkimlərin konsultasiyaları üçün də istifadə edilir.

Tibbi mobil əlavələr hədəf auditoriyası, əhatə dairəsi, mövzusu və pasientlərə məxsus məlumatların qorunma səviyyəsi, məlumatların xəstəxana və ya həkimə ötürülməsi Ardını oxumaq imkanları və digər parametrlərə görə fərqlənir. İstifadə ediləcək mobil əlavədən asılı olmayaraq, istifadəçinin və onun məlumatlarının təhlükəsizliyi ciddi nəzərə alınmalıdır.

Bu səbəbdən də, mobil tibbi əlavələr və platformaların yaradılmasında ölkədə geniş təcrübəsi olan bir şirkət kimi, UiM Tibbi Konsaltinq, istənilən tibbi müəssisəsinin, hər bir həkimin və orta tibb işçisinin və hər bir pasientin ehtiyaclarına, istəklərinə uyğun mobil əlavələr yaratmaq imkanına malikdir. Bütün yaradılan mobil əlavələrdə istifadəçinin və ona məxsus məlumatların konfidensiallığına və təhlükəsizliyinə xüsusi diqqət və qayğı yetirilir. Yaratdığımız mobil əlavələr həmçinin tibb müəssisələrinin effektiv menecmenti, həkimlərin fəaliyyət səmərəliliyinin artırılması və pasientlərin sağlamlığının qorunmasına yönələ bilər.

MD Reference

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıqda və BMT-nin İnkişaf Proqram ının dəstəyi ilə Ezgil Medical Technologies şirkəti tibb işçiləri üçün "MD Reference" adlı mobil əlavəni istifadəyə verib.
MD Reference mobil əlavəsinin əsas məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi, əczaçılıq sənayesinin sürətli inkişafı, yeni müalicə üsullarının və dərman vasitələrinin tətbiqi, çoxsaylı müalicə üsulları və istifadədə olan dərman vasitələri haqqında yeni biliklərin meydana çıxması və yeni müasir texnologi yaların inkişafı, elektron səhiyyə və tibbi xidmətlərin geniş vüsət alması praktik həkimlərin məsuliyyətini artırmaqla yanaşı, həm də onların fəaliyyətində bir sıra çətinliklər yaradır.
Ardını oxumaq Keyfiyyətli tibbi yardım tibb elminin ən son nailiyyətlərinə arxalanaraq düşünülmüş qərarların verilməsi və müalicə-diaqnostika ilə bağlı müvafiq addımların atılmasını özündə ehtiva edir. Lakin tam tədqiq edilməmiş və sübut olunmamış hər hansı yeniliyin tətbiqi təhlükə daşıyır. Eyni ilə, əskidən istifadə olunan, lakin faydası təsdiq olunmamış, hətta bir çox hallarda zərəri sübuta yetirilmiş yanaşmaların, diaqnostik müayinələrin və müalicə tədbirlərinin tətbiqi də yolverilməzdir. Bunlar pasientlərin həyatına ciddi təhlükə yaradır.

Xəbərlər

“Koronavirusa özünü yoxla”

Koronavirusa Özünü-Yoxla" proqramının məqsədi koronavirusa yoluxma şübhəsi olan və ya semptomları olan insanların müvafiq tibbi yardım üçün imüraciət edib etməmələri barədə qərar verməkdə onlara dəstək olmaqdır. Özünü-yoxlama proqramı hər hansı xəstəlik (o cümlədən, COVİD19) və ya digər tibbi vəziyyətlərin diaqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb. Proqram yalnız Azərbaycanda yaşayan insanlar üçün nəzərdə tutulub. Özünü-yoxlama proqramı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən BMT-nin İnkişaf Fondunun (UNDP) dəstəyi hazırlanmış və COVİD19 pandemiya dövründə istifadəyə verilmişdir. Qısa müddətdə proqramdan minlərlə insan faydalanmıştır və hələ uzun müddət Ardını oxumaq yararlanacaqdır.

MD Reference mobil əlavəsi
Video Doktor
TopDoktor platforması.

Vakansiyalar

Hazırda şirkətimizdə İT üzrə mütəxəssis, web dizayner və digital marketinq üzrə vakansiyalar mövcuddur. Daha ətraflı məlumat üçün tgamidov@zirinc.com müraciət etməyiniz rica edilir.

Tərəfdaşlarımız

Bizimlə əlaqə

Telefon: (+994)51-206-38-13

Whatsapp: (+994)51-206-38-13

E-mail: ezgilmedical@gmail.com
    info@ezgilmedical.az

Ünvan: AF Business House, Nizami küçəsi 203B, AZ1010. Bakı, Azərbaycan.