Müasirə təbabəti ixtisaslaşmış tibbi avadanlıqsız təsəvvür etmək mümkün deyil. Həmin avadanlıq pasientlərin xəstəliklərinin diaqnostikası, xəstəliklərin inkişaf mərhələlərini müəyyən etməyə kömək edir. Son illərdə insanlar sağlamlığın qorunması və xəstəliklərin diaqnostikası sahəsində mobil telefonlar və digər fərdi texnoloji cihazlardan daha geniş istifadə etməyə başlayıb. Mobil səhiyyə texnologiyaları və tibbi mobil əlavələrin populyarlığı ilbəil artır. İstifadəçilər mobil əlavələri seçərək öz mobil telefonlarına, planşetləri və hətta kompüterlərinə yükləyərək gündəlik həyatda istifadə edirlər. Bu mobil əlavələr qan təzyiqi və ürək vurğularının monitorinqi, aritmiyaların diaqnostikası, kardioqrammaların, rentgen və KT/MRT görüntülərinin interpretasiyasına geniş imkanlar yaradır. Son zamanlar mobil əlavələr həkimlərin konsultasiyaları üçün də istifadə edilir. Tibbi mobil əlavələr hədəf auditoriyası, əhatə dairəsi, mövzusu və pasientlərə məxsus məlumatların qorunma səviyyəsi, məlumatların xəstəxana və ya həkimə ötürülməsi imkanları və digər parametrlərə görə fərqlənir. İstifadə ediləcək mobil əlavədən asılı olmayaraq, istifadəçinin və onun məlumatlarının təhlükəsizliyi ciddi nəzərə alınmalıdır. Bu səbəbdən də, mobil tibbi əlavələr və platformaların yaradılmasında ölkədə geniş təcrübəsi olan bir şirkət kimi, UiM Tibbi Konsaltinq, istənilən tibbi müəssisəsinin, hər bir həkimin və orta tibb işçisinin və hər bir pasientin ehtiyaclarına, istəklərinə uyğun mobil əlavələr yaratmaq imkanına malikdir. Bütün yaradılan mobil əlavələrdə istifadəçinin və ona məxsus məlumatların konfidensiallığına və təhlükəsizliyinə xüsusi diqqət və qayğı yetirilir. Yaratdığımız mobil əlavələr həmçinin tibb müəssisələrinin effektiv menecmenti, həkimlərin fəaliyyət səmərəliliyinin artırılması və pasientlərin sağlamlığının qorunmasına yönələ bilər.
Müasir dövrdə səhiyyə təşkilatları fəaliyyətlərini elektron resurslarsız təsəvvür etmir. Artıq elektron tibbi kartlar, süni intellekt, tele-təbabət, kiber-təhlükəsizlik və ya digər texnologiyalar bir sıra özəl və dövlət tibb müəssisələrində müəyyən dərəcədə tətbiq edilir və ya bu istiqamətdə ciddi addımlar atılır. Elektron və ya Rəqəmsal Səhiyyə tibb müəssisələrinin transformasiyasına, pasientlərlə işin təkmilləşdirilməsinə, keyfiyyətli xidmətlərin qurulmasına əhəmiyyətli təsir göstərməklə fundamental dəyişikliklər gətirir. Azərbaycan səhiyyə sistemində elektron resursların və rəqəmsal texnologiyaların istifadəsi sürətlə artmaqdadır. Qısa müddət sonra elektron texnologiyaların geniş yayılması, onları pasientlərin və tibbi işçilərinin gündəlik həyatlarının ayrılmaz tərkib hissəsinə çevirəcəkdir. Tibb müəssisələri internet və digər rəqəmsal texnologiyalara güvənərək "pasientə hədəflənmiş" və "fərdi tibbi qayğı" xidmətlərini təmin edəcəkdir. Lakin rəqəmsal və ya elektron texnologiyaların tətbiqi effektiv və komfortlu tibb xidmətlərini təmin etməklə yanaşı, tibb müəssisələrinin məsuliyyətini də artırır. Pasientlərin təhlükəsizliyi və onlara aid məlumatların qorunması məsələləri rəqəmsal səhiyyə əsrində daha qabarıqdır. UiM Tibbi Konsultinq şirkəti olaraq, hər bir tibb müəssisəsinə uyğun rəqəmsal səhiyyə texnologiyaları və elektron resursların yaradılması və tətbiqində yardımçı olmağa hazırıq. Bu sahədə geniş təcrübəyə malik olmaqla yanaşı Azərbaycan səhiyyə sisteminin bütün incəliklərini yaxından bilərək, rəqəmsal texnologiyalar və elektron səhiyyə xidmətlərindən tam yararlanmaqda tibb müəssisələrinin etibarlı və təcrübəli tərəfdaşı olmaqdan məmnunluq duyarıq. Aşağıdakılardan faydalanmağı təklif edirik: Elektron xəstəlik kartlarının yaradılması və tətbiqi Xəstəxanadaxili ağıllı informasiya sistemlərinin qurulması Pasientlərə məxsus məlumatların qorunması sistemləri Tele-səhiyyə və tele-təbabət modullarının tətbiqi İnternet əsaslı tibbi konsultasiyaların təşkili Müalicə və diaqnostikada elektron qərarvermə sistemi və s
İnformasiya texnologiyalarının tətbiqi, biznes proseslərinin elektronlaşdırılması, distant idarəetmə və müxtəlif bizneslər (təhsil, sosial sfera, mədəniyyət, elm və texnika, maliyyə, iqtisadiyyat və s.) üçün fərdi, adaptiv tətbiqlər xidmətlərimizin əsasını təşkil edir. Geniş beynəlxalq təcrübəyə malik, informasiya texnologiyaları sahəsində ölkədaxili xüsusiyyətləri və ehtiyacları daimi təhlil edən, ixtisaslaşmış peşəkar komandamız aşağıdakı xidmətləri təklif edir: Web saytların hazırlanması və mövcud saytların idarə olunması; E-jurnalların yaratılması və idarə olunması; Qrafik və Web dizayn; İnternet mağazaların yaradılması; Mobil tətbiqlərin inkişaf etdirilməsi və idarə olunması; Loqotiplərin və bannerlərin dizayn edilməsi; Sosial Media Markentinq (SMM) xidməti;
XOŞ GƏLMİŞSİNİZ! Azərbaycanda və bütün regionda səhiyyə sənayesi əhəmiyyətli transformasiyaya və tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, istehlakçıların və sığorta şirkətlərinin əhəmiyyətli təsirləri ilə bağlı daha çox şəffaflığın tələb olunduğu islahatlara məruz qalır. Səhiyyə müəssisələri, o cümlədən dövlət və özəl xəstəxanalar, ambulator-poliklinika müəssisələri və laboratoriyalar, həkim və digər tibb işçilərini cəlb etməyə, səhiyyə modellərini qurmağa, yeni elektron səhiyyə və informasiya texnologiyalarını əldə etməyə və yeni maliyyə-ödəniş sistemlərinə yiyələnməyə son dərəcə ehtiyac duyurlar.
Hazırda baş verən transformasiyanın və aparılan islahatların miqyası və gedişatını nəzərə almaqla, Azərbaycanda və bütöv regionda, xəstəxanalar, həkimlər qrupları və sığortaçılar inkişafın önündə olmaqla necə gələcəyə addımlaya bilər? EZGİL Tibbi Texnologiyalar şirkəti Sizə İT sahəsində və səhiyyə sektorunda inkişaf üçün düzgün istiqamətlərin seçilməsi, strateji hədəflərin müəyyən edilməsi və peşəkar inkişafda yardımçı olmağa hazırdır. Təklif etdiyimiz geniş çeşidli İT və biznes proseslərinin idarə olunması xidmətlərimizlə tanış olmaq üçün internet səhifəmizin müvafiq bölmələrini ziyarət edin.
Sualarınızı cavablandırmaq və əlavə məlumat vermək üçün buradayıq. Formu doldurun, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.