
UpToDate məlumat bazası 25 ixtisas üzrə 7600-dən çox həkim-mütəxəssis tərəfindən hazırlanmış 13,000-dən çox məqaləyə giriş təklif edən sübuta əsaslanan klinik qərarlara dəstək sistemidir.
UpToDate daim yenilənən, sübuta əsaslanan klinik məlumatlarla təchiz edilmiş və istifadəçi üçün asan interfeysi olan dünyanın ən üstün klinik məlumat mənbəyidir. Həkimlərə xəstəliklərin diaqnostikası, müalicə planının hazırlanması, xəstəliklərin farmakoterapiyası və klinik məlumatların sürətli və effektiv şəkildə paylaşılması üçün nəzərdə tutulmuşdur.
UpToDate dünyanın ən çox istifadə olunan Klinik Qərarlara Dəstək alətidir. Hazırda 191 ölkədə, 50,100-dən çox xəstəxanada, 5 milyondan çox həkim və tibb bacısı tərəfindən istifadə edilir. İldə 730 milyondan çox istifadə olunan bu resurs daha yaxşı diaqnostika və müalicə qərarları qəbul etməyə kömək edir.
Dünya üzrə aparılan 100-dən çox müstəqil tədqiqatda UpToDate-in xəstəxana fəaliyyətinin keyfiyyətini artırdığını, tibbi səhvləri və xəstələrin xəstəxanada qalma müddətlərini azaltdığını, ölüm faizlərini və xəstəxana xərclərini azaltdığını təkrar-təkrar təsdiq etmişdir.
Xəstə təhlükəsizliyini və qayğı keyfiyyətini artırır
Diaqnostik səhvləri azaldır
Diaqnoz üçün lazımsız laborator testləri və radioloji müayinələri minimuma endirir
Xəstələrin təkrar xəstəxanaya hospitalizasiyası nisbətini aşağı salır
Xəstələrin xəstəxanada qalma müddətini azaldır
Həkimlərin məmnuniyyətini artırır və "stress və yanma" riskini azaldır
Həkimlər və tibb bacıları üçün vaxtaşan dəstək təmin edir və xəstə qulluğuna ayrılan vaxtı artırır

100-dən çox müstəqil tədqiqat UpToDate-in effektivliyini və pozitiv təsirini təsdiqləmişdir. Bu tədqiqatların nəticələri üç kateqoriyaya bölünür:
UpToDate hər gün tibb işçilərinin qəbul etdiyi tibbi qərarlara əhəmiyyətli dərəcədə müsbət təsir göstərir
UpToDate ən çox istifadə olunan və etibar edilən klinik qərarlara dəstək sistemidir
UpToDate xəstə qayğısını yaxşılaşdırır
XOŞ GƏLMİŞSİNİZ! Azərbaycanda və bütün regionda səhiyyə sənayesi əhəmiyyətli transformasiyaya və tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, istehlakçıların və sığorta şirkətlərinin əhəmiyyətli təsirləri ilə bağlı daha çox şəffaflığın tələb olunduğu islahatlara məruz qalır. Səhiyyə müəssisələri, o cümlədən dövlət və özəl xəstəxanalar, ambulator-poliklinika müəssisələri və laboratoriyalar, həkim və digər tibb işçilərini cəlb etməyə, səhiyyə modellərini qurmağa, yeni elektron səhiyyə və informasiya texnologiyalarını əldə etməyə və yeni maliyyə-ödəniş sistemlərinə yiyələnməyə son dərəcə ehtiyac duyurlar.
Hazırda baş verən transformasiyanın və aparılan islahatların miqyası və gedişatını nəzərə almaqla, Azərbaycanda və bütöv regionda, xəstəxanalar, həkimlər qrupları və sığortaçılar inkişafın önündə olmaqla necə gələcəyə addımlaya bilər? EZGİL Tibbi Texnologiyalar şirkəti Sizə İT sahəsində və səhiyyə sektorunda inkişaf üçün düzgün istiqamətlərin seçilməsi, strateji hədəflərin müəyyən edilməsi və peşəkar inkişafda yardımçı olmağa hazırdır. Təklif etdiyimiz geniş çeşidli İT və biznes proseslərinin idarə olunması xidmətlərimizlə tanış olmaq üçün internet səhifəmizin müvafiq bölmələrini ziyarət edin.
Sualarınızı cavablandırmaq və əlavə məlumat vermək üçün buradayıq. Formu doldurun, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.